DÜNYA


Nobuo Kişi və Filipp Devidson Yaponiya ilə ABŞ arasında ikitərəfli ittifaqın möhkəmliyini təsdiq ediblər

Tokio, 12 aprel, AZƏRTAC

Yaponiyanın müdafiə naziri Nobuo Kişi və ABŞ silahlı qüvvələrinin Hind-Sakit okean regionu komandanı Filipp Devidson təhlükəsizlik sahəsində gərginliyin artdığı bir dövrdə iki ölkə arasında ittifaqın möhkəmliyini bir daha təsdiq ediblər.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə razılaşma Yaponiyanın müdafiə naziri ilə ABŞ silahlı qüvvələrinin Hind-Sakit okean regionu üzrə komandanı arasında aprelin 12-də Tokioda keçirilən görüşdə əldə edilib. Bildirilir ki, bu, tərəflər arasında F.Devidsonun komandan vəzifəsini tərk etməsi ərəfəsində keçirilən son görüş olub.

Yaponiyanın müdafiə naziri Hind-Sakit okean regionunda təhlükəsizlik sahəsində gərginliyin artdığı bir dövrdə ikitərəfli ittifaqın möhkəmlənməsinə verdiyi töhfələrə görə minnətdarlığını bildirib.

F.Devidson isə öz növbəsində ABŞ-Yaponiya ittifaqının regionda sülhün və sabitliyin qorunmasında xüsusi rola malik olduğunu vurğulayıb.

Admiral, həmçinin bu ikitərəfli ittifaqın istənilən anda sülhün və sabitliyin qorunmasına qarşı yaranan təhdidi dəf etmək və qanunvericiliyə əsaslanan beynəlxalq qaydaları qorumaq üçün hazır olmasının vacibliyini vurğulayıb.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.