Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Nobuo Şimatomai: “Əsrin müqaviləsi”nin yenilənməsi tarixi əhəmiyyətə malik hadisədir

Tokio, 13 oktyabr, AZƏRTAC

Bu il Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin 25-ci ildönümü qeyd edilir.

AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Gündoğar ölkənin tanınmış elm ocaqlarından olan Hosey Universitetinin professoru, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Nobuo Şimatomai ilə görüşərək iki dost ölkə arasında əlaqələrin müasir səviyyəsi və gələcək perspektivləri, o cümlədən gənc Azərbaycan dövlətinin müstəqil xarici siyasəti, həyata keçirilən böyük beynəlxalq layihələrdə fəal iştirakı barədə ondan müsahibə alıb. Müsahibəni təqdim edirik.

- Cənab professor, sizi yalnız Yaponiyada deyil, eyni zamanda, bütün dünyada MDB və ümumilikdə, keçmiş Sovet İttifaqına daxil olmuş ölkələr üzrə mütəxəssis kimi yaxşı tanıyırlar. Siz dəfələrlə bu ölkələrə səfər etmisiniz, həmin regionda beynəlxalq əlaqələr, müasir vəziyyət və qarşılıqlı münasibətlərə dair çoxsaylı kitabların və məqalələrin müəllifisiniz. Bu baxımdan Azərbaycanın müasir beynəlxalq mövqeyi, dünya nizamında yeri barədə nə deyə bilərsiniz?

- Sovet İttifaqının dağılmasından, o cümlədən “soyuq müharibənin” başa çatmasından artıq 26 il keçir. Bu il, eyni zamanda, oktyabr inqilabının 100 ili tamam olur. Dünya çoxqütblü bir şəkil alır. ABŞ-ın dünya iqtisadiyyatındakı payı 25 faizdən 20 faizə düşüb. Çoxqütblü dünya nizamında Rusiya, Çin və Hindistan kimi dövlətlərin, eləcə də Avrasiya məkanının rolu getdikcə artır. Məsələn, bu yaxınlarda Səudiyyə Ərəbistanının Kralı Rusiyaya səfər edib. Bu, o deməkdir ki, xristian dünyası ilə İslam dünyası arasında müəyyən yaxınlaşma baş verir. Eyni zamanda, Roma Papasının Rusiyaya səfəri gözlənilir. Bu mənada yalnız dövlətlər arasında deyil, həmçinin dinlər arasında münasibətlərin tədqiqi, o cümlədən Azərbaycanın bu proseslərdə iştirakı daha mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdən yanaşsaq həm dini sferada, həm də enerji sektorunda baş verən proseslər dünya nizamında yeni yanaşmaya mühüm təsir göstərir. Bütün bunların tədqiqinə, daha ətraflı öyrənilməsinə böyük ehtiyac yaranır.

- Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin qurulmasından keçən 25 il ərzində bu iki ölkə arasında münasibətlərin indiki durumu və gələcək perspektivləri barədə nə demək olar?

- Mən Azərbaycanda iki dəfə olmuşam. Qeyd etmək istəyirəm ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi heç də istənilən kimi getmirdi. Sonuncu dəfə isə mən üç il bundan əvvəl, 2014-cü ildə ölkənizə səfər etmişəm. Doğrusunu deyim ki, gördüklərim məndə çox yüksək təəssürat doğurdu. Mən ölkənizin hərtərəfli inkişafının şahidi oldum. Əgər daha əhatəli yanaşsaq, Azərbaycan həm də İslam aləminin bir hissəsidir. Bununla yanaşı, o həm də böyük enerji ehtiyatlarına malikdir. Fikrimcə bu, çox önəmli məqamdır. Qeyd etmək istəyirəm ki, Azərbaycan mənə dünyəvi dövlət kimi xoş təsir bağışladı. Bir sıra İslam ölkələrindən fərqli olaraq, Azərbaycanda dini fanatizm hiss olunmur. Ölkə rəhbərliyi sivil dövlət quraraq, öz siyasətini də məhz bu istiqamətdə aparır. Düşünürəm ki, bu, həm Avrasiya, həm də Qafqaz regionunda əsas məqamlardan biridir. Belə ki, məhz həmin regionda həm milli, həm də dini zəmində baş qaldıran ekstremizm hamını narahat edir. Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasət, onun mahiyyəti məhz sivil, dünyəvi əsaslar üzərində qurulduğuna görə beynəlxalq səviyyədə mühüm rol oynayır.

Deyərdim ki, Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 25 illiyi iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından tarixi məqamdır. Yaponiya Azərbaycanı Qafqaz regionunda çox əhəmiyyətli bir ölkə kimi yüksək qiymətləndirir. Ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət bu əməkdaşlıqda mühüm rol oynayır və Yaponiya Azərbaycan ilə münasibətlərini qurarkən bu məqama xüsusi diqqət yetirir. Məhz bunun nəticəsidir ki, bu gün iki dövlət arasında sıx dostluq münasibətləri formalaşıb və davamlı şəkildə inkişaf edir.

- Azərbaycanın dünyanın, xüsusən də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu danılmazdır. Bu yaxınlarda Bakıda dünyanın bir çox iri şirkətlərinin və dövlət nümayəndələrinin iştirakı ilə “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsinin müddətinin uzadılması barədə yeni əsrin müqaviləsi imzalanıb. Yapon şirkətlərinin də qatıldığı yeni müqavilənin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan haqında danışarkən mən daha çox tarix, təqribən 130-150 il bundan əvvəlki Bakı barədə düşünürəm. Həmin vaxt Avropa və Asiya dövlətlərinin, həmçinin Rusiyanın maraqları məhz bu regionda birləşmişdi. Sovet dövründə Azərbaycanın rolu zəifləsə də, müstəqilliyin bərpasından sonra ölkəniz yenidən yüksəlməyə başladı. Bu, tarixin çox maraqlı bir silsiləsidir. Azərbaycanın Xəzər dənizi sahilində yerləşməsi ona bir çox böyük üstünlüklər verir. Fikrimcə, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün yalnız Azərbaycanın istəyi deyil, eyni zamanda, bu dənizə çıxışı olan ətraf ölkələrin də maraqları nəzərə alınmalıdır. “Əsrin müqaviləsi”nin imzalanması və bu yaxınlarda yenilənməsi, Yaponiya şirkətlərinin daxil olduğu beynəlxalq konsorsiumun yaranması, fikrimcə çox mühüm, tarixi əhəmiyyətə malik hadisədir.

- Azərbaycan və Yaponiya arasında münasibətlərin perspektivləri barədə nə deyə bilərsiniz? İki ölkə arasında getdikcə yaxınlaşan münasibətlər Azərbaycan və yapon xalqlarına nələr vəd edir?

- Azərbaycan ilə Yaponiya arasında münasibətlər hər iki tərəf üçün mühüm əhəmiyyətə malikdir. Burada bir neçə məqamı xüsusi vurğulamaq istərdim.

Birincisi, nəzəri baxımdan biz bir-birimizi nə qədər yaxından tanısaq da, əməli cəhətdən də əlaqələri inkişaf etdirməliyik. Yəni, humanitar sahədə mübadilə, qarşılıqlı səfərlər, tələbə və tədqiqatçıların qarşılıqlı gediş-gəlişi bizim daha da yaxınlaşmağımız, bir-birimizi öyrənmək baxımından çox əhəmiyyətlidir. Hazırda həm Azərbaycanda, həm də Yaponiyada müxtəlif istiqamətlərdə tədqiqat aparan alimlər var. Məsələn, Keyo Universitetinin müəllimi xanım Hirose sanın Azərbaycanda apardığı tədqiqatlar ölkənizin Yaponiyada tanıdılması baxımdan mühüm əhəmiyyətə malikdir. Belə mübadilələr qarşılıqlı əlaqələrin inkişafında, möhkəmlənməsində mühüm rol oynayır.

Qeyd etdiyim kimi, Azərbaycan çox maraqlı ölkədir. Burada müxtəlif amillər həm din, həm flora, həm fauna, həm də energetika kimi faktorlar diqqəti cəlb edir. Biz bir-birimizi daha yaxından öyrənməliyik. Eyni zamanda, Uzaq Şərqdə yerləşən və ada dövləti olan Yaponiya da azərbaycanlılar üçün çox maraqlı ölkədir. Bu ölkəni öyrənmək istəyən azərbaycanlılar da çoxdur. Yaponiyanın yeni, müasir texnologiyaları, Azərbaycanın bir sıra sahələrdə təcrübəsi qarşılıqlı şəkildə öyrənilməli və tətbiq edilməlidir. Düşünürəm ki, biz bu əlaqələri inkişaf etdirməliyik.

Sonda demək istəyirəm ki, XXI əsrdə Avrasiya regionunda davam edən sabitlik bu ərazidə yerləşən ölkələrin inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Şərq ilə qərbi, o cümlədən Yaponiyanı birləşdirən Azərbaycan körpü rolunu oynayaraq, qarşılıqlı əlaqələrin inkişafına öz töhfəsini verməlidir.

-Maraqlı müsahibə üçün çox sağ olun.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir FOTO

Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

® “Xonça” məhsullarının qida təhlükəsizliyi tələblərinə uyğunluğu təsdiqlənib

Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Şəki teatrı Novruz bayramı günlərində uşaqları yeni tamaşa ilə sevindirir

Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub

Türkiyənin zəlzələ bölgəsində inşası tamamlanan mənzillər sahiblərinə təqdim ediləcək

Pedaqoji Universitetdə Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Bakı Mühəndislik Universitetində Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq imkanları müzakirə edilib

Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır

"Qədim Şabran" abidəsində Novruz şənliyi

“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

NATO-nun Baş katibinin regiona səfərinin Azərbaycandan başlaması ölkəmizin Alyans üçün önəmini nümayiş etdirir - ŞƏRH

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

“İnter”in futbolçusu irqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb