DÜNYA
“Nokia 2” smartfonu rəsmən təqdim edilib
Bakı, 2 noyabr, AZƏRTAC
“HMD Global” şirkəti yeni “Nokia 2” smartfon modelini təqdim edib.
AZƏRTAC xəbər verir ki, şirkətin məlumatına görə, smartfon “HD” (720 x 1280 piksel) təsvir ölçülü 5 düym diaqonallı ekran, 5 meqapikselli ön və 8 meqapikselli əsas kamera ilə təchiz edilib. Qurğunun aparat əsasını dördnüvəli “Qualcomm Snapdragon 212” prosessoru, 1 giqabaytlıq operativ və “microSD” formatlı yaddaş kartları ilə 128 giqabayt tutumadək genişləndirmə imkanına malik 8 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Akkumulyator tutumu 4100 milliamper/saata bərabərdir.
“Nokia 2” smartfonu qara, ağ və mis rənglərində buraxılır. Qiyməti 99 avro təşkil edəcək yeni qurğunun beynəlxalq satışlarına noyabrın ortalarında başlamaq nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]
ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]