DÜNYA


“Nokia” şirkəti Çində “5G” şəbəkəsi quracaq

Bakı, 12 iyul, AZƏRTAC

Finlandiyanın “Nokia” şirkəti və Çinin “China Mobile” mobil rabitə operatoru arasında 1 milyard avro dəyərində saziş imzalanıb. Saziş çərçivəsində Finlandiya şirkəti Çin tərəfdaşına beşinci nəsil mobil rabitə şəbəkələrinə (5G) keçid üçün texnologiyalar təqdim edəcək, eləcə də konsaltinq xidmətləri göstərəcək.

AZƏRTAC “RBC” resursuna istinadən bildirir ki, “Nokia”, həmçinin stasionar və mobil radiorabitə vasitələri üçün infrastruktur, optik rabitə xətləri və IP marşrutlayıcıları üçün texnologiyalar təqdim edəcək, eləcə də müştərilərlə əlaqə sahəsində yenilikləri bölüşəcək.

Bundan başqa, şirkətlər yeni məhsul və xidmətlərin inkişafı üçün bazarı birgə tədqiq edərək əməkdaşlığı genişləndirməyi planlaşdırırlar.

Bu ilin fevralında şirkətlər süni intellekt və Çində “5G” şəbəkələrinin inkişafı sahəsində birgə fəaliyyət haqqında anlaşma memorandumu imzalayıblar. Saziş imzalanandan sonra “Nokia” şirkətinin səhmlərinin dəyəri 1,3 faiz bahalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.