DÜNYA


“Nord Stream 2”nin Almaniya hissəsində boru döşəmə işlərinə daha bir gəmi cəlb olunub

Bakı, 9 oktyabr, AZƏRTAC

“Şimal axını 2” (“Nord Stream 2”) təbii qaz boru kəməri üzrə boru döşəmə işlərinə daha bir gəmi cəlb edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan “Nord Stream 2 AG” şirkəti məlumat yayıb. Bildirilir ki, layihə üzrə işlər qrafikə uyğun davam edir. Boru kəmərinin Almaniya hissəsində boru döşəmə işlərinə ikinci gəmi cəlb edilib. Belə ki, “Allseas” şirkətinə məxsus boru döşəyən gəmi hazırda “Castoro Dieci” gəmisinin fəaliyyət göstərdiyi sahədə tikinti işlərinə qoşulub. Həmçinin “Audacia” gəmisi boru kəmərinin Almaniya sularından keçən hissəsində xəttin 2 qolu üçün 30 kilometrlik xəndəyin son nöqtəsində işlərə başlayıb.

Qeyd edək ki, ötən ay boru kəmərinin Finlandiya hissəsində boruların döşənməsinə başlanılıb. Hazırda “Nord Stream 2”nin Finlandiya hissəsində “Solitaire” adlı gəmi 12 metr uzunluğundakı boruları dəniz altına döşəyir. Uzunluğu 300 metr və eni 41 metr olan gəmi burdakı işləri fasiləsiz davam etdirəcək.

Ümumilikdə 10 milyard dollara başa gələcək və 1230 kilometr uzunluğundakı “Nord Stream 2” boru qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək. “Gazprom”la yanaşı, “Shell”, “OMV”, “Engie”, “Uniper” və “Wintershall” kimi enerji şirkətləri layihənin əsas tərəfdaşlarındandır.

“Gazprom” şirkəti “Şimal axını 2” təbii qaz boru kəməri layihəsinin 2019-cu ilin sonunadək başa çatdırılacağını açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.