SİYASƏT


Norika Nikolai: Avropa Parlamentinin bəzi deputatları tərəfindən səsləndirilən bəyanatlar saxtadır

Strasburq, 22 yanvar, AZƏRTAC

Avropa Parlamentində Azərbaycan üzrə məruzəçi, rumıniyalı deputat Norika Nikolai Azərbaycanla bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanat Avropa Parlamentinin bütün üzvlərinə, onun rəhbərliyinə və Avropa İttifaqının əlaqədar qurumlarına göndərilib.

Deputat bəyanatda deyir: “Mehman Hüseynovla bağlı cinayət işinə xitam verilməsinə dair Azərbaycan hakimiyyətinin qərarını alqışlayıram. Bu, onu göstərir ki, Avropa Parlamentinin bəzi deputatları tərəfindən səsləndirilən bəyanatlar saxtadır. Ümid edirəm ki, onlar gələcəkdə hər hansı bir bəyanat verməmişdən əvvəl insident barədə məlumatı etibarlı mənbələrdən əldə edəcəklər”.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.