MƏDƏNİYYƏT
“Norma” operasının premyerası olub
Bakı, 8 fevral, Zərəngiz Mansurova, AZƏRTAC
Fevralın 8-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Şövkət Məmmədova adına Opera Studiyasında Vinçentso Bellininin “Norma” ikipərdəli operasının premyerası olub.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə ilk dəfə səhnəyə qoyulan operanın quruluşçu dirijoru Xalq Artisti Fəxrəddin Kərimov, quruluşçu rejissoru isə Elvin Mirzəyevdir. Səhnə əsərində Əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Əsədova, Anton Ferştandt, solistlər Adil Axundov, Hidayət Əliyev və İslamə Abdullayeva çıxış ediblər. Səhnə əsərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor ixtisası üzrə təhsil alan tələbələri də iştirak ediblər.
“Norma” operasında baş verən hadisələri lirik faciə kimi səciyyələndirmək olar. Opera ilk dəfə 1831-ci ildə Milanın La-Skala teatrında səhnəyə qoyulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]