Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 69; 2016, № 10, maddə 1600; 2018, № 7 (I kitab), maddə 1396, № 12, (I kitab), maddə 2513) 29.2-ci maddəsində “Bir” sözü “Ad və ya rəqəm dəyişiklikləri ilə əlaqədar bir neçə normativ hüquqi aktlara dəyişikliklərin edilməsi və ya bir neçə normativ hüquqi aktın ləğv edilməsi zərurətinin yarandığı hallar istisna olmaqla, bir” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2019-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin