DÜNYA


Norveç 2020-ci ildən ikili vətəndaşlığa icazə verəcək

Stokholm, 20 avqust, AZƏRTAC

Norveç ikili vətəndaşlığa icazə verməyə hazırlaşır.

AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, Krallıq hökuməti ikili vətəndaşlığa icazə verən yeni qanunun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcəyini təsdiq edib.

Beləliklə, Norveçdə yaşamaq üçün qanuni icazəsi olan əcnəbi vətəndaşlar 2020-ci ildən başlayaraq öz ölkələrinin vətəndaşlığından imtina etmədən Norveç vətəndaşlığı almaq üçün sənəd verə biləcəklər. Başqa ölkələrdə yaşadıqları üçün Norveç vətəndaşlığından imtina edən norveçlilər də öz vətəndaşlıqlarını bərpa edə biləcəklər.

Norveç hökumətindən bildiriblər ki, Avropa Şurasının qaydaların dəyişməsini tənzimləyən konvensiyasının bir hissəsindən imtina etmək üçün Krallığa vaxt lazımdır. Norveç həmin məqsəd üçün Avropa Şurasına ötən ilin dekabrında – parlament ikili vətəndaşlığa icazə verilməsini bəyəndikdən dərhal sonra müraciət edib.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.