DÜNYA


Norveç Neft Fondunun aktivləri rekord həddə çatıb

Stokholm, 15 noyabr, AZƏRTAC

Fond bazarındakı artımdan və kronun məzənnəsinin aşağı düşməsindən sonra əvvəllər Neft Fondu adlanan Norveç Dövlət Pensiya Fondunun aktivləri rekord həddə çatıb.

AZƏRTAC Norveç mətbuatına istinadla xəbər verir ki, bu həftə fondun aktivlərinin dəyəri yeni rekord müəyyənləşdirib; 10,93 trilyon Norveç kronunun məzənnəsi, təxminən, 1,192 trilyon ABŞ dolları həddinə çatıb.

Beləliklə, cari ilin oktyabr ayının ortalarında müəyyənləşdirilən fond aktivlərinin yeni dəyəri 10,88 trilyon Norveç kronu həddində olan əvvəlki rekordu üstələyib.

Son günlərdə “Pfizer” əczaçılıq şirkətinin koronavirus əleyhinə yaratdığı vaksinin effektiv təsiri ilə bağlı ümidverici xəbərlər səhm bazarlarında canlanmaya səbəb olub.

Norveçin neft və qaz gəlirlərinə və investisiya qoyuluşuna uzunmüddətli idarəetməni dünyanın ən iri analoji fondlarından olan “Global” Norveç Dövlət Pensiya Fondu həyata keçirir. Adını 2006-cı ildə dəyişmiş bu fond əvvəllər neft fondu adlanırdı. Norveç Dövlət Pensiya Fondu bu gün bütün dünya üzrə 9 mindən çox şirkətdə paylara malikdir. Sözügedən qurum hazırda dünyadakı bütün mövcud açıq səhmlərin təxminən 1,5 faizinə sahiblik edir. Onu da qeyd edək ki, fond öz vəsaitlərini səhmlərlə yanaşı istiqrazlara və daşınmaz əmlaka da yatırır.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.