Norveç Ukraynaya 12 sərnişin qatarı verəcək
AzerTAg.az

Stokholm, 30 mart, AZƏRTAC
Norveç Ukraynaya 12 sərnişin qatarı verəcək.
AZƏRTAC xəbər verir ki, bu həftə bir sıra ölkələrin nəqliyyat nazirləri Ukraynaya nəqliyyat sahəsində dəstəyin göstərilməsi məsələsi ilə əlaqədar Ukrayna sərhədi yaxınlığında görüşüblər. Ukraynanın infrastruktur nazirinin müavini ilə görüşdə Norveç nümayəndə heyətinin üzvləri 12 sərnişin qatarı verməyə hazır olduqlarını bildiriblər.
Krallığın nəqliyyat naziri Yon-İvar Nyuqarda qeyd edib ki, Ukraynanın öz nəqliyyat infrastrukturunu bərpa və inkişaf etdirməsi, həm ölkədə mühüm sosial funksiyaların dəstəklənməsi, eləcə də azad Ukraynanın Avropa ilə əlaqələri üçün effektiv tədarük zəncirini yaratması çox vacibdir.
Nazirin sözlərinə görə, bu yardım kiçik, lakin çox mühüm töhfədir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Xəbərin mətnində orfoqrafik səhv var