DÜNYA
Norveç bu gündən koronavirusla bağlı məhdudiyyətləri ləğv edir
Bakı, 12 fevral, AZƏRTAC
Norveç hökuməti fevralın 12-dən koronavirusla bağlı əvvəllər tətbiq edilmiş məhdudiyyətlərin əksəriyyətini ləğv edir.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu Norveçin Baş naziri şənbə günü mətbuat konfransında deyib.
“Biz praktiki olaraq bütün məhdudiyyətləri, o cümlədən təhlükəsiz məsafə, tibbi maska və izolyasiya barədə tələbləri ləğv edirik”, - deyə o bildirib. Baş nazirin sözlərinə görə, “omikron” ştamına yoluxma zamanı xəstəliyin yüngül keçməsi, insanların vaksinasiya olunması səbəbindən pandemiya əhalinin böyük əksəriyyətinin sağlamlığına təhlükə yaratmır.
Nazirlər Kabinetindən bildiriblər ki, ölkəyə girişlə bağlı qeydiyyat da ləğv olunur. Lakin səfərdən əvvəl və ölkədən çıxarkən koronavirus testi vermək tələbi hələlik qüvvədə qalır. Arxipelaq, həmçinin xarici çarter reysləri üçün bağlıdır.
Norveçdə indiyədək 12 yaşdan yuxarı sakinlərin 70 faizindən çoxu COVID-19 əleyhinə peyvəndlənib.