DÜNYA


Norveç dənizinin şelfində yeni qaz ehtiyatları aşkar edilib

Oslo, 17 yanvar, AZƏRTAC

Norveç dənizinin şelfində yeni qaz yataqları aşkar edilib.

AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, bu yataqda qazma işləri hələ ötən ilin oktyabrında başlayıb. Yeni yataqda tapılmış qaz və kondensatın ehtimal olunan həcmi neft ekvivalenti ilə 6-25 milyon barrel civarındadır.

Verilən məlumata görə, Norveç şelfindəki yeni yatağın “Kristin” platformasında “Equinor” şirkətinə məxsus infrastrukturun yaxınlığında yerləşməsi onun işlənilməsini asanlaşdırır.

Yataq Norveçin ”Equinor”, habelə “ExxonMobil”, “Total” və “Petoro” şirkətlərinin daxil olduğu qrup tərəfindən işlənəcək.

Qeyd edək ki, 2018-ci ilin yayında Barents dənizində həyata keçirilən geniş qazma proqramı Norveçdə neft ehtiyatlarının kəşfi ilə nəticələnməyib. Lakin yeni faydalı qazıntı ehtiyatlarının axtarışı üzrə işlər davam etdirilib. Norveçin ekologiya təşkilatları buz örtüyü göstəricilərinin çox aşağı olması və atmosferdə karbon qazının səviyyəsinin kəskin artması fonunda ölkənin Arktikada neft hasilatını genişləndirmək təşəbbüslərinə tənqidi yanaşırlar.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Oslo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.