DÜNYA


Norveç əcnəbilər üçün qapalı qalacaq

Stokholm, 7 may, AZƏRTAC

Norveç hökumətinin ölkəyə giriş məhdudiyyətləri ilə bağlı qərarı mayın 24-dək qüvvədə qalacaq.

AZƏRTAC Norveç hökuməti dəftərxanasına istinadla xəbər verir ki, sonradan bu məhdudiyyətlərin müddətinin daha da uzadılacağı güman edilir.

Norveç hökuməti öz qərarını onunla əsaslandırır ki, krallığın özündə pandemiyanın aşağı düşməsinə baxmayaraq, hazırda dünyadakı ciddi epidemioloji vəziyyət ölkəyə girişdə ciddi məhdudiyyətlərin qüvvədə saxlanmasını tələb edir.

Ədliyyə və fövqəladə hallar naziri Monika Mulandın sözlərinə görə, dünyada baş verən hadisələri diqqətlə izləyən hökumət gələcəkdə də giriş məhdudiyyətlərinin vəziyyətə uyğunlaşdırılmasını təmin edəcək. “Heç kim sərt giriş tədbirlərinin lazım olduğundan daha çox uzanmasını istəmir”, - deyə o bəyan edib.

Qeyd edək ki, mövcud giriş məhdudiyyətləri əcnəbilərin krallığa girişini demək olar tamamilə qadağan edir. Norveçə daxil olmağa icazə yalnız təcili giriş ehtiyacını təsdiqləyən dəlillər təqdim edən şəxslərə verilir. Qalan hallarda sərhədlər bütün əcnəbilər üçün bağlı qalır. Norveç hökumətinin saytında əcnəbilərə mövcud məhdudiyyətlər fonunda ölkəyə girişə imkan verən səbəb və peşələrin siyahısı yerləşdirilib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.