DÜNYA
Norveç hökuməti ukraynalı pilotların hazırlanması üçün çağırış edib
Bakı, 25 may, AZƏRTAC
Norveç hökuməti ukraynalı pilotların “F-16” qırıcılarını idarə etmək üçün təlimə başlamalarının tərəfdarıdır və onların ölkə ərazisində təlim keçmək imkanlarını araşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə çərşənbə günü Krallığın müdafiə naziri Byorn Arild Qram bildirib.
“Hökumət belə bir təşəbbüsü dəstəkləyir. Müttəfiqləri və tərəfdaşları ilə birlikdə Norveç indi ukraynalı pilotların hazırlanmasına hansı töhfə verə biləcəyini qiymətləndirir”, - deyə müdafiə naziri qeyd edib.
Xatırladaq ki, mayın 21-də ABŞ Prezidenti Co Bayden Xirosimada keçirilən G-7 sammitindən sonra mətbuat konfransında Qərbin “F-16” da daxil olmaqla dördüncü nəsil döyüş təyyarələrini idarə etmək üçün ukraynalı pilotlara təlimlər keçəcəyini bəyan edib. Eyni zamanda, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, Vaşinqton yaxın aylarda hansı dövlətlərin “F-16” təyyarələrini Kiyevə təhvil verməsini həmfikirlərlə müzakirə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:26]
İstanbulda torpaq sürüşməsi baş verib
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]