İQTİSADİYYAT
Norveç inflyasiyanın iqtisadiyyata təzyiqini azaltmaq üçün büdcə xərclərini məhdudlaşdıracaq
Stokholm, 30 avqust, AZƏRTAC
Norveçin maliyyə naziri Tryuqve Slaqsvold Vedum bildirib ki, ölkə hökuməti növbəti 12 ay ərzində büdcə xərclərini məhdudlaşdırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Krallığın hakimiyyət orqanları bu tədbiri inflyasiyanı azaltmaq və əsas faiz dərəcələrini nəzarətdə saxlamaq məqsədilə həyata keçirəcək. Bu həftə Nazirlər Kabineti maliyyə məsələlərinə həsr edilmiş ikigünlük müşavirəyə başlayacaq.
Nazir deyib: “İnflyasiyanı nəzarətə götürmək üçün əlimizdən gələni etməliyik”.
Qeyd edək ki, cari ildə Norveçdə inflyasiya son 34 ildə maksimum səviyyəyə çatıb. Məlumata görə, Norveçdə illik inflyasiya 6,8 faizi aşıb. Bu, 1988-ci ildən bəri ən yüksək göstəricidir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]
Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib
- 28.03.2024 [17:39]