DÜNYA


Norveç məhdudiyyətlərin yumşaldılmasının yekun mərhələsinə keçidi ikinci dəfə təxirə salıb

Stokholm, 31 iyul, AZƏRTAC

Norveç məhdudiyyətlərin yumşaldılmasının yekun mərhələsinə keçidi ikinci dəfə təxirə salıb.

AZƏRTAC xəbər verir ki, Norveç hökuməti öz qərarına koronavirusun təhlükəli variantı olan “delta” ştamının yayılmasının davam etməsi ilə aydınlıq gətirib.

Cari ilin aprelində hökumət pandemiya üzrə əksər məhdudiyyətlərin tədricən ləğvi üzrə dördmərhələli plan hazırlayıb. Sonrakı aylarda krallıq yoluxmaların səviyyəsinin qismən azalmasına və iyunun ortasınadək bu mərhələlərdən üçünün başa çatmasına nail olub.

Əldə olunan nailiyyətlərə baxmayaraq, “delta” ştamının əmələ gəlməsi və sürətlə yayılması krallığın bəzi regionlarında yoluxma hallarının yenidən artmasına səbəb olub. Bununla bağlı təhlükələrə rəğmən Norveçin Baş naziri Erna Sulberq iyulun sonu və ya avqustun əvvəllərində dördüncü mərhələyə keçid ehtimalı barədə bəyan edib.

Qeyd edək ki, Norveç artıq 2020-ci ilin martından daha sərt və erkən lokdaunlar təqdim edən ölkə olub. 5,4 milyon nəfər əhalisi olan ölkədə bunun sayəsində Avropada koronavirusdan ən aşağı ölüm göstəricilərindən biri müşahidə edilib. COVID-19 pandemiyası ümumilikdə 799 norveçlinin həyatına son qoyub.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.