DÜNYA


Norveç neft-qaz yataqlarına investisiyaları artıracaq

Bakı, 23 fevral, AZƏRTAC

Norveç 2018-ci ildə neft-qaz yataqlarına investisiyaları artırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Norveçin Statistika İdarəsinin məlumatında deyilir.

Bildirilir ki, 2018-ci ildə Norveçin neft-qaz yataqları üzrə fəaliyyətlərə ümumi investisiyalarının 2017-ci illə müqayisədə 7,1 artacağı gözlənilir. Boru kəmərləri ilə nəql də daxil olmaqla ümumilikdə neft-qaz yataqlarına investisiyaların bu il 160 milyard Norveç kronu (20,3 milyard dollar) olacağı nəzərdə tutulur.

2017-ci ildə isə bu göstərici 148,8 milyard Norveç kronu təşkil edib və 2016-cı illə müqayisədə 15,7 milyard Norveç kron və ya 9,5 faiz az olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.