SİYASƏT


Norveç nəşrləri Gəncəyə raket hücumundan yazır

Stokholm, 17 oktyabr, AZƏRTAC 

Norveç nəşrləri Gəncəyə raket hücumu barədə yazılar dərc edib.

AZƏRTAC xəbər verir ki, Norveçin nüfuzlu “Verdens Gang” və “Adresse” nəşrləri Ermənistan ordusunun Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket hücumundan bəhs edib.

Raket hücumu nəticəsində şəhərdəki bir neçə evin tamamilə dağıldığı, ən azı 13 mülki vətəndaşın həlak olduğu bildirilir.

“Verdens Gang” nəşrinin məqaləsində deyilir: “Azərbaycan prokurorluğunun məlumatına görə, hücum nəticəsində ən azı 50 nəfər zərər çəkib. Azərbaycan hökuməti məlumat verir ki, zərbələr Ermənistandan endirilib. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də 20-dən çox evin dağıldığını bildirir”.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.