DÜNYA
Norveç növbəti üç ildə UNISEF-ə 150 milyon dollar ayıracaq
Stokholm, 26 aprel, AZƏRTAC
Norveç növbəti üç ildə BMT-nin Uşaq Fonduna (UNISEF) 150 milyon dollar ayıracaq. Vəsait bütün dünyada daha çox ehtiyacı olan uşaqlara təhsil, səhiyyə sahələrində xidmət göstərilməsi və onların müdafiəsi üçün nəzərdə tutulub.
AZƏRTAC təşkilatın yaydığı məlumata istinadla xəbər verir ki, Norveçin inkişaf naziri Daq İnqe Ulşteyn deyib: “Bütün dünyada ehtiyacı olan uşaq və gənclərin dəstəklənməsi üçün çevik və müntəzəm maliyyə yardımının böyük əhəmiyyəti var. Norveç UNICEF-in tematik maliyyə yardımlarının dəstəklənməsi sahəsində könüllü ianələr proqramının ən böyük donorlarından biridir. Biz BMT baş katibinin islahatlar proqramına və onun maliyyə siyasətinə sadiqik”.
Qeyd edək ki, Norveç bu təşkilatın beş ən böyük hökumət tərəfdaşlarından biridir. Təkcə 2018-ci ildə bu Skandinaviya ölkəsi UNICEF-ə 206 milyon dollar ayırıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]