DÜNYA


Norveç öz vətəndaşlarına dörd ölkəyə səfərdən çəkinməyi tövsiyə edir

Stokholm, 7 avqust, AZƏRTAC

Norveç hökuməti öz vətəndaşlarına Çexiya, Fransa, Monako və İsveçrəyə səfərlərdən çəkinməyi tövsiyə edir.

AZƏRTAC Norveç hökumətinin press-relizinə istinadla xəbər verir ki, Krallığın Xarici İşlər Nazirliyi hazırda ciddi zərurət olmadığı hallarda Çex Respublikasına, Fransaya, Monako və İsveçrəyə səfər etməməyi məsləhət görür.

Bu tövsiyələr COVID-19 koronavirusu ilə bağlı vəziyyətin Norveç İctimai Səhiyyə İnstitutu tərəfindən təhlili əsasında qəbul edilib. İnstitutun məlumatına görə, bu həftə Çex Respublikasında, Fransa, Monako və İsveçrədə təsdiqlənmiş yeni yoluxma hallarının sayı müəyyən edilmiş yuxarı həddən (son iki həftədə hər 100 min sakinə 20 yeni yoluxma halı) çox olub. Bu səbəbdən Norveç hökuməti həmin dörd ölkədən Norveçə gələn bütün şəxslərin 10 gün müddətinə karantinə yerləşdirilməsini qərara alıb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.