DÜNYA


Norveç pandemiyadan zərər çəkmiş Hindistana kömək göstərəcək

Stokholm, 29 aprel, AZƏRTAC

Norveç pandemiyadan zərər çəkmiş Hindistana kömək göstərəcək.

AZƏRTAC Norveç hökuməti dəftərxanasının press-relizinə istinadla xəbər verir ki, Hindistana yardımın ilkin məbləği 20 milyon Norveç kronuna (təqribən 2,4 milyon ABŞ dolları) bərabər olacaq.

Norveç xarici işlər naziri İne Eriksen Söreyde deyib: “Hindistanda vəziyyət çox ciddidir, COVID-19 koronavirusuna yoluxanların və bu səbəbdən ölənlərin sayı çoxdur. Bu böhranın aradan qaldırılmasında Hindistan xalqını dəstəkləmək üçün Norveç humanitar yardım şəklində 20 milyon Norveç kronu ödəyəcək”.

Norveç hökuməti tərəfindən ayrılan vəsait Ümumdünya Səhiyyə Təşkilatı (ÜST və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı vasitəsilə çatdırılacaq. ÜST böhran şəraitində Hindistanın hakimiyyət orqanlarını ən effektiv sistem yaratmaq səylərini dəstəkləyir. Bu, tibbi ləvazimatın bölüşdürülməsi məsələsinə daha çox aiddir. Hindistan Qırmızı Xaç Cəmiyyətinin yerli şəbəkələri pandemiyaya qarşı mübarizədə mühüm rol oynayır.

Norveçin yardımı pasiyentlərin oksigen sistemləri ilə təmin edilməsi, infeksiyalara qarşı mübarizə üzrə informasiya kampaniyaları keçirilməsi, fərdi müdafiə vasitələri və qida məhsullarının bölüşdürülməsi, habelə çevik yardım mərkəzlərinin fəaliyyəti üçün istifadə ediləcək.

Qeyd edək ki, COVID-19 pandemiyasının yeni dalğasında Hindistanın səhiyyə sistemində kollapsa yaxın vəziyyət yaranıb. Son vaxtlar bu ölkədə hər gün 2800-dən çox ölüm faktı və 350 mindən çox təsdiqlənmiş yeni yoluxma qeydə alınır. Hindistan şəhərlərindəki xəstəxanalarsa çarpayıların kəskin çatışmazlığı müşahidə olunur. Xəstələrin müvəqqəti yerləşdirilməsi üçün mehmanxana və məktəb binalarından istifadə edilir. Hindistanın hakimiyyət orqanları ölkədə yaranmış vəziyyətdə kömək məqsədilə beynəlxalq birliyə müraciət etməyə məcbur olub. Hindistan ona oksigen, oksigen kompressorları, əczaçılıq preparatları kimi ilkin zərurət malları göndərilməsini, habelə maddi-texniki dəstək verilməsini və əldə olan vasitələrin bölüşdürülməsində ona kömək göstərilməsini xahiş edib.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.