DÜNYA


Norveç və Böyük Britaniya Ukraynaya yeni uzaqmənzilli raketlər verəcək

Stokholm, 29 iyun, Rauf Əliyev, AZƏRTAC

Norveç və Böyük Britaniya Ukraynaya M270 uzaqmənzilli raket sistemi verəcək.

AZƏRTAC Norveç hökumətinin saytına istinadla xəbər verir ki, Norveç bu növ silahların Ukraynaya ötürülməsində Böyük Britaniya ilə əməkdaşlıq edəcək.

Bu əməkdaşlığın bir hissəsi kimi Ukrayna, Norveçin əvvəlki illərdə istismarı bitirdiyi və anbarlarda saxladığı “M270 Multiple Launch Rocket System” (MLRS) alacaq. Bu silah növü 32, 45, 70, 300 və 500 kilometrə qədər olan hədəfləri vura bilər.

Norveç hökuməti adigedən raket sistemləri ilə yanaşı, 5 min qumbaranı da Ukraynaya vermək qərarına gəlib. Bu daha əvvəl, əvvəllər təqdim olunmuş 5 min qumbaraya əlavədir.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.