İDMAN


Norveç və San-Marino yığmaları ilə oyunlar üçün Azərbaycan millisinin heyəti açıqlanıb

Bakı, 23 avqust, AZƏRTAC

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Oslo şəhərində Norveç, sentyabrın 4-də isə Bakıda San-Marino yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, heyətə Kamran Ağayev (“Mlada”, Çexiya), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“Neftçi”), Tərlan Quliyev (“İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev (hər üçü “Qarabağ”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Maqomed Mirzabekov (“Neftçi”), Ürfan Abbasov (“Qəbələ”), Ruslan Abışov (“Neftçi”), Rahid Əmirquliyev, Qara Qarayev (hər ikisi “Qarabağ”), Dmitri Nazarov (“Aue”, Almaniya), Təmkin Xəlilzadə (“Zirə”), Mahir Mədətov (“Qarabağ”), Cavid Hüseynov (“Qəbələ”), Araz Abdullayev (“Anortosis”, Kipr), Əfran İsmayılov, Riçard Almeyda, Ağabala Ramazanov (hər üçü “Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”), Namik Ələskərov (“Neftçi”), Ramil Şeydayev (“Jilina”, Slovakiya) və Renat Dadaşov (“Ayntraxt”, Almaniya) dəvət olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.