DÜNYA


Norveçdə Hərbi Dəniz Qüvvələrinə məxsus freqat tankerlə toqquşub

Stokholm, 8 noyabr, AZƏRTAC

Norveçdə Hərbi Dəniz Qüvvələrinə məxsus HNoMS “Helge Ingstad” adlı freqat tankerlə toqquşub.

AZƏRTAC xəbər verir ki, göyərtəsində 137 hərbçi olan gəmi toqquşmadan sonra idarəetməni itirərək sahil istiqamətinə üz tutub və burada daşlara dəyib. Nəticədə 7 hərbçi xəsarət alıb. Hadisə yerinə göndərilən xilasedicilər freqatın ekipajından 127 nəfəri təxliyə edib. Ekipajın 10 üzvünün gəmidə idarəetməni bərpa etməyə çalışdığı bildirilir. Toqquşmadan sonra gəmidə deşik əmələ gəlib və göyərtəyə çoxlu su dolub.

Göyərtəsində 23 nəfər olan tanker isə toqquşmadan o qədər də güclü zədə almayıb.

Qəza ilə bağlı araşdırma aparılır.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.