DÜNYA


Norveçdə Krallığın istehsalı olan ilk raket kosmosa buraxılıb

Norveçdə Krallığın istehsalı olan ilk raket kosmosa buraxılıb

Stokholm, 28 sentyabr, AZƏRTAC

Norveçdə bütünlüklə Krallıqda işlənib hazırlanmış və istehsal edilmiş ilk raketin kosmosa buraxılması uğurlu olub.

AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, “Nukleus” adlanan raket sentyabrın 27-də ölkənin şimalında yerləşən “Andoyya” raketodromundan kosmosa buraxılıb.

Test uçuşu çərçivəsində “Nukleus” 107 kilometr uçaraq atmosfer ilə kosmik fəzanın sərhədini keçib.

Raket 10 il ərzində Norveçin “Nammo” şirkəti tərəfindən işlənib hazırlanmış və istehsal edilmiş mühərriklə təchiz olunub. Hazırlanması və istehsalı 10 milyon ABŞ dollarından artıq məbləğə başa gəlmiş “Nukleus” raketinin çəkisi 800 kiloqram, uzunluğu 9 metrdir.

“Nukleus”un fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, bu, bütünlüklə Norveç ərazisində işlənib hazırlanmış və istehsal edilmiş ilk raketdir. İndiyə qədər “Andoyya” raketodromundan buraxılmış bütün raketlər xaricdə istehsal olunmuş mühərriklərlə işləyirdi.

Onu da qeyd edək ki, “Nukleus” Avropada hibrid reaktiv mühərrik sistemli ilk raketdir: burada, eyni zamanda, həm bərk, həm də maye yanacaqdan istifadə edilir.

Mütəxəssislər bildirirlər ki, raket nəzərdə tutulan yüksəkliyə çatandan sonra təhlükəsiz şəkildə dənizə düşüb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.