CƏMİYYƏT


Norveçdə azərbaycanlı qızın taleyinə həsr olunmuş kitab nəşr edilib

Bakı, 28 yanvar, AZƏRTAC

Oslo şəhərində norveçli yazıçı Terye Holmedalın (Terje Holmedahl) “Mən bunu bacaracağam. Azərbaycan haqqında hekayə” adlı kitabı nəşr olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Norveç dilində çap olunan kitabda erməni işğalı nəticəsində doğma Cəbrayıl rayonundan didərgin düşmüş və 30 ilə yaxın müddət ərzində öz vətənində məcburi köçkün statusu ilə yaşamış Lalə adlı qızın taleyindən bəhs edilib. Real hadisələr əsasında qələmə alınmış əsərdə Lalənin ağır sınaqlardan keçdiyi, ailə üzvləri ilə birlikdə Cəbrayılda atasının öz əlləri ilə tikdiyi evi zorla tərk etməsi, Bakıda həyata yenidən başlaması və Gəncədən olan Samirlə ailə qurması kimi məqamlar təsvir edilib.

Kitabda xalqımızın qədim adət-ənənələrini əks etdirən Novruz bayramı, ölkəmizdə baş verən Qara Yanvar faciəsi, 44 günlük Vətən müharibəsi barədə məlumat verilib. Cəbrayılın azad olunduğu gün Lalənin feysbuk şəbəkəsində status bölüşdüyü, “Mənim vətənim artıq azaddır, evimə qayıtmaq üçün səbirsizlənirəm” fikrini yazdığı nəzərə çatdırılıb.

Norveçdə fəaliyyət göstərən "CAN" diaspor təşkilatı “Mən bunu bacaracağam. Azərbaycan haqqında hekayə” adlı kitabın təqdimat mərasimini keçirmək niyyətindədir.

Qeyd edək ki, yazıçı Terye həyat yoldaşı ilə birlikdə üç il Azərbaycanda yaşayarkən yerli sakinlərlə dostluq münasibətləri qurub. Ancaq onun diqqətini daha çox Lalənin və ailəsinin hekayəsi cəlb edib. Bu barədə yazmaq üçün Lalədən icazə alıb. Kitab 2021-ci ilin dekabrında işıq üzü görüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.