DÜNYA


Norveçdə güclü külək və leysan nəticəsində fermer təsərrüfatlarına ciddi ziyan dəyib

Stokholm, 17 sentyabr, AZƏRTAC

Norveçdə güclü külək və fasiləsiz yağan yağışlar çayların daşmasına səbəb olub, fermer təsərrüfatlarına ciddi ziyan dəyib.

AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, qəflətən başlanmış təbii fəlakət nəticəsində xeyli sayda ev heyvanı tələf olub, onları sel aparıb.

Möre-oq-Romsdal quberniyasının polis idarəsindən alınan məlumata görə, ev heyvanlarının xilas edilməsi və onların təhlükəsiz yerə çatdırılması üçün yanğınsöndürənlər komandası ilə birlikdə zəruri tədbirlər görülür. Tronheym şəhərindən 80 kilometr cənub-qərbdə Surna çayının daşması nəticəsində 100 başdan çox qoyunu su aparıb.

Yerli fermerlər jurnalistlərə müsahibələrində bildiriblər ki, təbii fəlakət onlara ciddi ziyan vurub.

Qonşu Kryukstadora bələdiyyəsində hava şəraitinin pisləşməsi nəticəsində təqribən 25 yaşayış evi və qocalar evi ətraf aləmlə əlaqəni itirib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.