MƏDƏNİYYƏT


Norveçdə yaşayan azərbaycanlı modelyerin kolleksiyası Antalyada təqdim olunub

Oslo, 8 avqust, Rauf Əliyev, AZƏRTAC

Türkiyənin Antalya şəhərində baş tutan moda nümayişi çərçivəsində Norveçdə yaşayan azərbaycanlı modelyer Şervin Nəcəfpurun “Milli mirasımızın mənşəyi” (Land of our origin) adlı kolleksiyası moda həvəskarlarına təqdim olunub.

AZƏRTAC xəbər verir ki, kolleksiya Antalyanın “Fosforlu Beach Clubun”da keçirilən moda nümayişi çərçivəsində üç digər dizaynerin yay libasları ilə yanaşı təqdim edilib.

Məşhur türk dizayner Haktan Bucke, Türkiyənin dünyaca məşhur çimərlik libasları istehsalı şirkəti “Argento” və Antalyada Şervin Nəcəfpur kolleksiyalarının satışını həyata keçirən “Your Bohemian” şirkətinin dəstəyi ilə Azərbaycan əsilli norveçli modelyerin yaratdığı geyimlər tədbir iştirakçılarının marağına səbəb olub.

Ümumilikdə 15 geyimdən ibarət Şervin Nəcəfpurun kolleksiyası Azərbaycan bayrağının rəngləri və milli motivlər ilə yanaşı, üzərində Qobustan qayaüstü rəsmlərinin də yer aldığı libaslardan ibarət olub.

Qeyd edək ki, tədbir COVID-19-a qarşı qadağaların zəiflədiyi Türkiyədə keçirilən ilk moda nümayişlərindəndir.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Oslo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.