DÜNYA


Norveçin Baş naziri Erna Sulberq koronavirus əleyhinə vaksinin birinci dozası ilə peyvəndlənib

Stokholm, 27 aprel, AZƏRTAC

Norveçin Baş naziri Erna Sulberq koronavirus əleyhinə vaksinin birinci dozası ilə peyvəndlənib.

AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, Krallığın hökumət başçısı ilə yanaşı, Nazirlər Kabinetinin dörd digər üzvü də peyvənd edilib. Onların hamısına “Moderna” şirkətinin istehsalı olan vaksinlər vurulub.

60 yaşlı Baş nazirin sözlərinə görə, Norveçdə virusun bundan sonra yayılmasına qarşı mübarizədə vaksinləmə son dərəcədə mühümdür. E.Sulberq deyib: “Ümidvaram ki, peyvəndləmə təklifi alan hər kəs bunu qəbul edəcək. Yekunda vaksinləmə bizim can atdığımız normal həyata qayıtmağımıza imkan verəcək”.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.