DÜNYA


Norveçin “Equinor” şirkəti Türkiyədə neft axtaracaq

Bakı, 20 noyabr, AZƏRTAC

Norveçin “Equinor” neft-qaz şirkəti 2019-cu ildə Türkiyədə kəşfiyyat quyusu qazmağı planlaşdırır.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu barədə “Equinor”un yataqların kəşfiyyatı üzrə icraçı vitse-prezidenti Tim Dodson deyib.

O bildirib ki, şirkət gələn il Türkiyə, Argentina, Əlcəzair və Rusiyada quruda kəşfiyyat quyusu qazmağı nəzərə tutur.

T.Dodson əlavə edib ki, “Equinor” 2019-cu ildə bu illə müqayisədə qlobal miqyasda daha çox kəşfiyyat quyusu qazmağı və neft axtarışı həyata keçirməyi planlaşdırır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.