SİYASƏT


Norveçin “Klassekampen” qəzetində Ermənistanın hərbi təxribatlarından bəhs edən məqalə dərc olunub

Stokholm, 29 oktyabr, AZƏRTAC 

Norveçin “Klassekampen” qəzetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, “Bir münaqişənin tarixi” adlı məqalədə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu qeyd edilir. Münaqişənin fəsadları barədə məlumatın verildiyi məqalədə azərbaycanlıların qətlə yetirildiyi və ya işğal olunmuş ərazilərdən qovulduğu diqqətə çatdırılır. Bildirilir ki, təkcə Xocalı şəhərində 1992-ci il fevralın 26-da erməni millətçiləri bir gecədə 613 nəfəri vəhşicəsinə qətlə yetiriblər.

Məqalədə vurğulanır ki, beynəlxalq hüquq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı mövqeyə malikdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilən 822, 853, 874 və 884 saylı dörd qətnaməsində deyilir ki, Ermənistanın bütün işğalçı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini dərhal, tam və qeyd-şərtsiz tərk etməlidir.

Məqalədə bu il sentyabr ayının sonlarında Azərbaycan qoşunlarının əks-hücuma keçməyə məcbur olduğu qeyd edilir. Bildirilir ki, erməni tərəfi münaqişəyə digər ölkələri cəlb etməyə çalışır. Bu məqsədlə Ermənistan ballistik raketlərdən istifadə edərək, münaqişədən kənar zonada yerləşən dinc şəhərləri atəşə tutur.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.