DÜNYA


Norveçin Suveren Fondu 2021-ci il üzrə hesabat verib

Stokholm, 27 yanvar, AZƏRTAC

2021-ci ildə Norveçin Suveren Fondu investisiyalardan 1,58 trilyon Norveç kronu (177 milyard ABŞ dollarından artıq) həcmində gəlir əldə edib.

AZƏRTAC dünyanın ən böyük suveren fondu olan Norveçin Suveren Fondunun yeni məlumatlarına istinadla xəbər verir ki, bu, təşkilat tarixində ikinci ən yüksək göstəricidir.

Ümumilikdə, aktivləri 1,3 trilyon ABŞ dolları dəyərində qiymətləndirilən fondun investisiyalarından əldə olunan gəlirlilik son bir ildə 14,5 faiz təşkil edib. Bu səbəbdən, 2021-ci il gəlirləri 2019-cu ildə qazanılan 1,69 trilyon krondan geri qalaraq, fondun tarixində həcminə görə ikinci yerdə qərarlaşır.

Fond 2021-ci ildə səhmləri ümumi gəlirin 30,2 faizini təşkil edən texnologiya şirkətlərinin payını qeyd edir ki, buna görə də bu sektor ən gəlirli sahəyə çevrilib.

Dünyanın ən böyük bu növ fondlarından biri olan Norveç Qlobal Dövlət Pensiya Fondu ölkənin neft və qazdan əldə etdiyi olduqca yüksək həcmdə gəlirlərinin uzunmüddətli dövr ərzində idarə edilməsini və investisiyalaşdırılmasını həyata keçirir. Fond 2006-cı ildə adını dəyişib, ondan əvvəl isə neft fondu adlanırdı. 1996-cı ildə qurulan struktur dünya üzrə təxminən 9100 şirkətin səhmlərinə, bununla da dünyada qeydə alınmış bütün səhmlərin 1,4 faizinə sahibdir. Fond səhmlərlə yanaşı, bütün dünyada istiqrazlara və daşınmaz əmlaka da sərmayə qoyur.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.