REGİONLAR


Norveçin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Quba, Qusar və Xaçmaz rayonlarında olub

Xaçmaz, 31 oktyabr, Elxan Yusifli, AZƏRTAC 

Norveçin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Olav Nils Thuenin başçılıq etdiyi nümayəndə heyəti Quba, Qusar və Xaçmaz rayonlarında olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 30-da Qubaya gələn nümayəndə heyəti ilə rayon icra hakimiyyətində görüş keçirilib. Görüşdə qonaqlara rayonun qədim tarixi, gündən-günə artan iqtisadi göstəriciləri, burada hökm sürən tolerant mühit haqqında ətraflı məlumat verilib.

Olav Nils Thuenən isə öz növbəsində Norveç-Azərbaycan əlaqələrinin əhəmiyyətindən danışıb.

Nümayəndə heyəti rayona səfərləri çərçivəsində Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, ermənilərin xalqımıza qarşı həyata keçirdiyi kütləvi soyqırımı faktları ilə tanış olub. Qonaqlar şəhərdə fəaliyyət göstərən xalçaçılıq müəssisəsində xalça toxunması prosesini izləyiblər. Burada onlara Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verilib.

Olav Nils Thuenin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 31-də Qusar rayonuna gəlib.

Rayon icra hakimiyyətində nümayəndə heyəti ilə keçirilən görüşdən sonra qonaqlar, Qusar şəhərindəki Heydər Əliyev Mərkəzi, Rəsm qalereyası ilə yaxından tanış olub, Mədəniyyət mərkəzində yerli folklor nümunələrinə tamaşa ediblər.

Qusardan sonra Xaçmaza gələn nümayəndə heyəti “Yalama Aqropark”, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı və fındıq emalı müəssisində olub.

Xaçmaz Rayon İcra Hakimiyyətində keçirilən görüşdə bölgənin inkişaf perspektivləri, rayonda istifadəyə verilən yeni istehsal və emal müəssisələri, eləcə də mədəniyyət və sosial obyektləri barədə ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.