CƏMİYYƏT


Norveçlilər də terrora “yox!” dedilər

Bakı, 18 oktyabr, AZƏRTAC

Norveçin Stavanger şəhərində yaşayan Azərbaycan, türk icmasının nümayəndələri və digərlərinin birgə iştirakı ilə Azərbaycan bayraqları, erməni vəhşiliklərini əks etdirən fotolar, plakat və şüarlarla “Qarabağa azadliq!”, “Erməni təcavüzünə son!” və “Qarabağ Azərbaycandır!” şüarları ilə aksiya keçirilib.

AZƏRTAC xəbər verir ki, şəhərin mərkəzi meydanı Byparken pavilyonunda yerləşən parkda azərbaycanlıların başladığı dinc mitinq yerli sakinlərinin də diqqətindən yayınmayıb.

Burada yaşayan həmyerlimiz, azərbaycanlı fəal İradə Esmaelyin deyib: “Biz onlara erməni terrorundan bəhs edən broşürlər payladıq. Aksiyanın məramı və məqsədi barədə şəhər əhalisinə öz fikrimizi çatdırdıq. Stavangerlilər Xocalı faciəsini, Gəncə terrorunu, dinc sakinlərin, körpə uşaqların gecə yatdıqları yerdə bombalanmasını bəşəri cinayət adlandırdılar. Həmyerlilərimizin dinc mitinqində bir nəfər erməni qadın qarışıqlıq yaratmaq istəsə də buna nail ola bilmədi. Bu ölkədə oxuyan tələbələrimiz, həmyerlilərimizin mitinqi “Qarabağ Azərbaycandır!” şüarları ilə başa çatdı. Biz sevindik ki, Vətənimizin bu ağır və şərəfli günlərində uzaqdan da olsa, səsimizi və həqiqətlərimizi yaşadığımız ölkənin insanlarına çatdıra bildik. Biz, eyni zamanda, müxtəlif qurumlara və nazirliklərə də bəyanat və Gəncədə baş verən terrordan bəhs edən şəkilləri göndərmişik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.