İDMAN


“Norviç Siti” İngiltərə Çempionşipinin 2020/2021-ci il mövsümünün qalibi olub

Bakı, 3 may, AZƏRTAC

Futbol üzrə İngiltərə Çempionşipində 2020/2021-ci il mövsümünün qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, bu komanda “Norviç Siti” olub. Daniel Farkenin kollektivi 45-ci turda “Ridinq” üzərində 4:1 hesabı ilə qalib gəlməklə aktivindəki xalların sayı 96-ya yüksəlib. Bununla da “Norviç Siti” ən yaxın izləyicisi “Uotford”la fərqi 8-ə çatdırıb. Beləliklə, klub sona 2 tur qalmış çempionluğu rəsmiləşdirib.

Komanda gələn mövsüm üçün Premyer Liqaya vəsiqəni də təmin edib. Bu, “Norviç Siti”nin Çempionşipdə son 3 mövsümdə 2-ci qələbəsidir.

Ötən mövsüm də ölkənin əsas çempionatında çıxış edən “Norviç Siti” yarışı sonuncu pillədə tamamlayaraq aşağı liqaya düşmüşdü.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.