ELM VƏ TƏHSİL


Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirilir

Bakı, 24 may, AZƏRTAC

Mayın 24-də Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi ilə birgə notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirir.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan saat 11:00-da başlanıb və 3 saat davam edəcək.

Test imtahanı elektron qaydada, kompüterlər vasitəsilə DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 ünvanında yerləşən binasında keçirilir.

İmtahanı DİM-in saytında canlı izləmək olar.

Namizədlərin sənəd qəbulu Ədliyyə Nazirliyi tərəfindən aparılıb. İmtahanda iştirak etmək üçün 70 nəfər qeydiyyatdan keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.