İDMAN
Novak Cokoviç 9-cu dəfə “Australian Open” turnirinin qalibi olub
Bakı, 21 fevral, Nicat Məmmədov, AZƏRTAC
Serbiyalı tennisçi Novak Cokoviç karyerasında 9-cu dəfə Avstraliya açıq çempionatının (Australian Open) qalibi olub.
AZƏRTAC xəbər verir ki, fevralın 21-də kişilər arasında keçirilən final qarşılaşmasında Novak Rusiya tennisçisi Daniil Medvedevə üç setdə qalib gəlib (7:5, 6:2, 6:2).
Qeyd edək ki, Novak Cokoviç, həmçinin “Böyük dəbilqə” seriyasından olan ABŞ açıq çempionatının da üçqat qalibidir (2011, 2015 və 2018).
Xatırladaq ki, Avstraliya açıq çempionatının qadınlar arasında keçirilən final görüşündə yaponiyalı Naomi Osaka ABŞ tennisçisi Cennifer Brediyə iki setdə (6:4, 6:3) qalib gələrək ikinci dəfə turnirin qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [18:45]
Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]