İDMAN


Novak Cokoviç “Australian Open-2023”ün qalibi olub

Novak Cokoviç “Australian Open-2023”ün qalibi olub

Belqrad, 29 yanvar, AZƏRTAC

Serbiyalı məşhur tennisçi Novak Cokoviç kişilər arasında keçirilən “Australian Open-2023” turnirinin qalibi olub.

AZƏRTAC xəbər verir ki, yanvarın 16-29-da Melburnda keçirilən mövsümün ilk “Böyük dəbilqə” turnirinin finalında Novak Cokoviç yunan Stefanos Tsitsipası 3:0 hesabı ilə məğlub edib.

Beləliklə də 35 yaşlı serbiyalı bu turnirdə 10-cu çempionluğunu yaşayıb. N.Cokoviç bu qalibiyyətlə kişilərin təkbətək yarışında dünyanın bir nömrəsi olub.

Serbiya Prezidenti Aleksandar Vuçiç sosial media hesabından N.Cokoviçi qələbə münasibətilə təbrik edib, onun dünyanın bir nömrəli tennisçisi olduğunu bildirib və Serbiya xalqı adından təşəkkür edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.