İDMAN


Novak Cokoviç “Böyük dəbilqə” turnirində çıxış etməyi qarşısına məqsəd qoyub

Bakı, 11 yanvar, AZƏRTAC

Dünyanın bir nömrəli raketka ustası Novak Cokoviç mövsümün ilk “Böyük dəbilqə” seriyasından olan Avstraliya açıq çempionatında çıxış etməyi qarşısına məqsəd qoyub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə idmançı özü məlumat verib.

Qeyd edək ki, serbiyalı tennisçi yanvarın 5-də Melburn hava limanında sənədlərlə bağlı problemlərə görə saxlanılıb. Avstraliyanın sərhəd xidməti Novak Cokoviçin bu ölkəyə giriş vizasını ləğv edib. Buna səbəb N.Cokoviçin peyvənd edilməmək üçün tibbi icazəyə malik olduğuna dair obyektiv və dürüst sübutlar təqdim edə bilməməsi olub. N.Cokoviç bununla bağlı Avstraliyada federal məhkəməyə müraciət edib. Yanvarın 10-da məhkəmə serbiyalının şikayətini təmin edib.

Xatırladaq ki, 34 yaşlı tennisçi “Böyük dəbilqə” turnirlərində 20 qələbə qazanıb. O, 9 dəfə “Australian Open”, 6 dəfə “Uimbldon”, 3 dəfə ABŞ açıq, 2 dəfə “Roland Qarros” turnirinin qalibi olub. Onun Peşəkar Tennisçilər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən turnirlərdə ümumilikdə 86 qələbəsi var. N.Cokoviç həm də Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.