İDMAN


Novak Cokoviç “Tokio-2020” Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb

Bakı, 24 iyul, AZƏRTAC

Dünyanın 1 nömrəli tennisçisi Novak Cokoviç “Tokio-2020” Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, birinci dövrənin oyunları çərçivəsində serbiyalı tennisçi Boliviya idmançısı Uqo Delenə hər iki setdə qalib gəlib – 6:2, 6:2.

Görüş 1 saat 3 dəqiqə davam edib.

Turnirin 1/16 final mərhələsində N.Cokoviç Almaniya tennisçisi Yan-Lennard Ştruff ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.