İDMAN


Novak Cokoviç “US Open” turnirindən kənarlaşdırılıb

Bakı, 7 sentyabr, AZƏRTAC

Dünyanın bir nömrəli tennisçisi serbiyalı Novak Cokoviç qeyri-idman davranışına görə tennis üzrə ABŞ Açıq Çempionatından (US Open) kənarlaşdırılıb.

AZƏRTAC Interfax agentliyinə istinadla xəbər verir ki, Novak Cokoviç turnirin 4-cü dairəsinin ilk setində ispaniyalı Pablo Karreno Bustaya 5:6 hesabı ilə uduzub. Bundan məyus olan serbiyalı raketka ilə əlindəki tennis topuna zərbə endirib. Top xətt hakiminin boynuna dəyib. Qadın hakim qışqıraraq yıxılıb və bir müddət yerdən qalxa bilməyib.

Matçın nəzarətçisi ilə danışıqlardan sonra Novak Cokoviç turnirdən kənarlaşdırılıb, dördüncü dairəyə çıxdığına görə mükafatdan məhrum edilib, turnir ərzində yığdığı bütün xallar isə silinib.

Tennisçi özünün “Instagram” səhifəsində hakimin səhhətinin yaxşı olduğunu yazıb, hakimdən, turnirin təşkilatçılarından və azarkeşlərdən üzr istəyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.