İDMAN


Novak Cokoviçin məşqçisi Qoran İvanişeviç koronavirusa yoluxub

Bakı, 27 iyun, AZƏRTAC

Novak Cokoviçin məşqçisi, sabiq xorvatiyalı tennisçi Qoran İvanişeviç koronavirusa yoluxub.

AZƏRTAC xəbər verir ki, serbiyalı raketka ustasının testi müsbət nəticələndikdən sonra Q.İvanişeviç də yoxlamadan keçib və onun da infeksiyaya yoluxduğu müəyyənləşib.

Q.İvanişeviç özünün “Instagram” səhifəsində yazıb: “On gün ərzində 2 dəfə testim neqativ çıxsa da, 3-cü yoxlamada məlum oldu ki, koronavirusa yoluxmuşam. Bu günə qədər təmasda olduğum insanlara xəbərdarlıq etmək istəyirəm. Xahiş edirəm, hamınız yaxınlarınızın qeydinə qalın. Mən özümü cəmiyyətdən təcrid edəcəyəm. Bütün xəstələrin tezliklə sağalmasını arzulayıram!”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.