İQTİSADİYYAT


Növbəti Davos Forumunda əsas müzakirə mövzusu qlobal əməkdaşlıq olacaq

Bakı, 5 noyabr, AZƏRTAC

Qloballaşma və dördüncü sənaye inqilabı dövründə qarşılıqlı fəaliyyət məsələləri 2019-cu il yanvarın 22-dən 25-dək İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda (DİF) əsas müzakirə mövzusu olacaq.

AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu jurnalistlərə Dünya İqtisadi Forumunun prezidenti Borqe Brende bəyan edib.

“DİF-2019”un mövzusu rəsmən “Qloballaşma 4.0: dördüncü sənaye inqilabı dövründə qlobal arxitektura quruculuğu” adlanır. Söhbət “blokçeyn”, kriptovalyuta və s. yeni texnologiya nümunələrinin meydana çıxdığı dövrdə dövlətlərin və ayrı-ayrı aktorların qarşılıqlı fəaliyyətindən gedir.

B.Brende bununla bağlı əlavə edib: “Beynəlxalq təşkilat kimi bizim üçün qlobal əməkdaşlığın təmin edilməsi böyük əhəmiyyət kəsb edir. Belə ki, bu gün qarşılaşdığımız geosiyasi mövzular, çoxqütblü və multikonsepsiyalı dünya, geoiqtisadi və dördüncü sənaye inqilabı ilə bağlı olan digər çağırışlar daha çox qarşılıqlı fəaliyyət tələb edir”.

Brendenin sözlərinə görə, hazırkı dövrdə geosiyasi, ekoloji və iqlim dəyişiklikləri ilə bağlı müasir çağırışlara və təhlükələrə qarşı mübarizədə qarşılıqlı fəaliyyətin yetərincə olmaması müşahidə olunur. Bu kontekstdə, yanvarda keçiriləcək Davos Forumunda bütün aktorlar üçün ümumi qarşılıqlı fəaliyyət çərçivəsinin formalaşdırılmasının zəruriliyi müzakirə olunacaq.

DİF prezidenti bildirib ki, Forumda “Brexit” və Avropa Ittifaqı məkanında iqtisadi mühitin dəyişməsi kimi mühüm məsələlər də müzakirəyə çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.