ELM VƏ TƏHSİL
Növbəti “GRE: General Test” imtahanı keçirilib
Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də Dövlət İmtahan Mərkəzinin (DİM) Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında növbəti “GRE: General Test” imtahanı keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə edilib və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
İmtahanda 7 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) saytında 10-15 gün sonra öyrənə bilərlər.
Xatırladaq ki, hazırda Azərbaycanda pandemiya şəraitində imtahan keçirilməsinə icazə verilən yeganə GRE Test Mərkəzi Dövlət İmtahan Mərkəzidir.
Növbəti GRE imtahanının tarixi haqqında 2021-ci ilin əvvəlində məlumat veriləcək. Qeydiyyatdan keçmək qaydaları haqqında DİM-in saytında ətraflı məlumat əldə etmək mümkündür.