İQTİSADİYYAT


Növbəti İKT qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub

Bakı, 21 avqust, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun 2017-ci il aprelin 10-da elan etdiyi növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub.

Fonddan AZƏRTAC-a bildirilib ki, kompleks ekspertizaya təqdim olunmuş 150 layihədən 71-i müsbət rəy alıb.

Müsbət rəy almış layihələr yekun qərarın verilməsi üçün Fondun Müşahidə Şurasına təqdim ediləcək. Şuranın növbəti iclasının yaxın vaxtlarda keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, müsabiqə çərçivəsində fonda 172 layihə təqdim edilib. Həmin layihələrin ilkin ekspertizası zamanı qrant müsabiqəsinin prioritet istiqamətinə uyğun olmayan 22 layihə kompleks ekspertiza mərhələsinə qəbul edilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.