İQTİSADİYYAT


Növbəti “İslahat İcmalı” elektrik şəbəkəsinə qoşulmaya həsr olunub

Bakı, 7 fevral, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat İcmalı” sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması sahəsində islahatlara həsr edilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, ötən il dekabrın 25-də sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün müddət 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilib.

Sahibkarın müraciəti zamanı təqdim edilən sənədlər əsasında yerindəcə ödəniş həyata keçirilir. Sonrakı mərhələdə isə “Elektron xəritə” vasitəsilə obyektin yeri və ona ən yaxın güc mərkəzi dərhal müəyyənləşdirilir.

Aparılan islahatların ardıcıl və məntiqli icrasını təmin etmək məqsədilə dövlət başçısının Fərmanına əsasən yaradılan Texniki Şuraya daxil olan qurumlar arasında elektron məlumat mübadiləsi nəticəsində isə sahibkarların iştirakı olmadan bütün lazımi işlər daha operativ və çevik şəkildə həyata keçirilir.

“İslahat icmalı” ilə bu link http://iqtisadiislahat.org/store//media/documents/islahatlar_icmali/2019/fevral/DB_2019_Electricity.pdf vasitəsilə tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.