İQTİSADİYYAT


Növbəti KOB Fest sərgi-satış yarmarkası Gəncədə təşkil olunacaq

Bakı, 11 may, AZƏRTAC

Növbəti KOB Fest sərgi-satış yarmarkası mayın 13-də Gəncə şəhərində təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Gəncə şəhərinin sakinlərini və qonaqlarını “KOB Fest”ə dəvət edir.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, yarmarkada Gəncə şəhərinin və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal edilən qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların, yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və məhsulların satışı həyata keçiriləcək. KOB Fest çərçivəsində, həmçinin bölgədə fəaliyyət göstərən KOB-ların xidmətləri təqdim olunacaq, sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi üçün ikitərəfli görüşlər keçiriləcək, biznes xidmətlər göstəriləcək, mədəni-əyləncəli proqram təşkil ediləcək.

KOB Fest-in təşkilində məqsəd Gəncə və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsidir.

Gəncə şəhərində Xan bağının ərazisində təşkil ediləcək KOB Fest sərgi-satış yarmarkası saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.