SİYASƏT


Növbəti “Komando başlanğıc kursu” başa çatıb

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin hazırlıq planına əsasən, “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Buraxılış mərasimində çıxış edən general-mayor Vasif Kazımov şəxsi heyətə Müdafiə Nazirliyinin rəhbər heyətinin təbriklərini çatdıraraq, hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.

Kursu bitirən hərbi qulluqçulara sertifikat və beretlər təqdim olunub.

Sonda şəxsi heyət tribuna önündən təntənəli keçid edib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.