MƏDƏNİYYƏT


Növbəti “Qızıl şir” mükafatı Ceymi Li Kertisə verilib

Bakı, 9 sentyabr, AZƏRTAC

“Hellouin”, “Yerləri dəyişmək”, “Vanda adında balıq” filmləri ilə tanınan amerikalı aktrisa Ceymi Li Kertis karyerasında qazandığı uğura görə Venesiya Kinofestivalının “Qızıl şir” mükafatı ilə təltif olunub.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, təntənəli mükafatlandırma mərasimi ötən gün – sentyabrın 8-də keçirilib.

“Çox təsirlənmişəm. Bu gün ürəyim sizinlədir. Mükafata görə festivala minnətdaram”,- deyə aktrisa bildirib.

O, öz valideynləri aktyor Toni Kertis və aktrisa Canet Lini xatırlayaraq bildirib ki, onlar öz qızını belə mötəbər festivalda mükafat qazandığını görsəydilər qürur hissi keçirərdilər: “Məni mükafatlandırmaqla siz həm də valideynlərimi mükafatladırırsınız”.

Aktrisa “Hellouin” ekran əsərinin rejissoru Con Karpenter və ssenarist Debra Hillə də təşəkkürlərini bildirməyi unutmayıb. Qeyd edib ki, məhz bu filmin sayəsində onun karyerası yüksəlişə doğru gedib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.